...

Azərbaycan Pakistan ilə qarşılıqlı sərmayələrin intensiv təşviqini müzakirə edib

İqtisadiyyat Materials 29 Aprel 2025 17:06 (UTC +04:00)
Azərbaycan Pakistan ilə qarşılıqlı sərmayələrin intensiv təşviqini müzakirə edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığının potensialının reallaşdırılması, ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirə aparılıb.

Trend-ə bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

"İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüşüb. Vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti