...

Azərbaycanda 25 ildən sonra əhalinin duzsuzlaşdırılmış dəniz suyundan istifadəsi əlçatan olacaq

İqtisadiyyat Materials 29 Aprel 2025 16:21 (UTC +04:00)
Azərbaycanda 25 ildən sonra əhalinin duzsuzlaşdırılmış dəniz suyundan istifadəsi əlçatan olacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində işləri davam etdiririk.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Əliağa Əzizov bu gün Bakıda keçirilən Bakıda Milli Biznesin İnkişafı Forumunda deyib.

O xatırladıb ki, bu layihə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə birlikdə həyata keçirilir: "Layihə çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında günlük 300 min kubmetr içməli suyun istehsal edilməsi nəzərdə tutulan zavod inşa olunacaq. Bu zavodun inşası 2,5 ilə yekunlaşacaq.

Növbəti 25 il müddətində konsorsium tərəfindən idarə olunaraq əhalinin keyfiyyətli içməli dəniz suyu ilə təmin edilməsi və daha sonra ADSEA-nın balansına verilməsi nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti