Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirlərinin həcmi 1,134 milyard manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 171,4 milyon manat və ya 17,8% çoxdur.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirlərinin həcmi 962,6 milyon manat idi.
Cari ilin yanvarında bankların faiz gəlirləri 377,2 milyon manat, fevralında 375,4 milyon manat, 382,3 milyon manat olub.
Qeyd edək ki, birinci rübdə faiz gəlirlərinin 897,8 milyon manatı kreditlər üzrə, 62,5 milyon manatı maliyyə sektorunda yerləşdirilmiş vəsaitlər üzrə, 132,5 milyon manatı qiymətli kağızları üzrə, 42,1 milyon manatı digər faiz gəliri üzrə olub.