...

Azərbaycan bankları mənfəət vergisi ödənişini azaldıb

İqtisadiyyat Materials 29 Aprel 2025 16:42 (UTC +04:00)
Azərbaycan bankları mənfəət vergisi ödənişini azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 61,7 milyon manat mənfəət vergisi ödənilib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 milyon manat və ya 15,4% azdır.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ödənilən mənfəət vergisinin həcmi 72,9 milyon manat olub.

Qeyd edək ki, bu ilin yanvarında banklar 23,7 milyon manat, fevralında 19,9 milyon manat, martında isə 18,1 milyon manat mənfəət vergisi ödəyib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən bankların vergi ödənilməzdən əvvəlki mənfəətlərinin həcmi 315 milyon manat, xalis mənfəətlərinin həcmi isə 253,3 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti