...

Xaricdən Azərbaycana pul köçürmələri 35 milyon manatdan çox azalıb

İqtisadiyyat Materials 29 Aprel 2025 13:57 (UTC +04:00)
Xaricdən Azərbaycana pul köçürmələri 35 milyon manatdan çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 111,5 milyon manat vəsait daxil olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,8 milyon manat və ya 24,3% azdır.

Belə ki, 2024-cü ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 147,3 milyon manat daxil olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 319,7 milyon manat vəsait daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 145,5 milyon manat və ya 31,3% azdır. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 465,2 milyon manat daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti