...

Azərbaycan XİN Avropa Şurasının komissarını qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağırıb

Siyasət Materials 29 Aprel 2025 17:16 (UTC +04:00)
Azərbaycan XİN Avropa Şurasının komissarını qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağırıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağırırıq.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin Azərbaycan əleyhinə bəyanatına cavabında deyilir.

"Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan İslamafobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq", - deyə A.Hacızadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti