...

Ən böyük hərbi büdcəyə malik ölkələr açıqlandı

Dünya xəbərləri Materials 29 Aprel 2025 04:07 (UTC +04:00)
Ən böyük hərbi büdcəyə malik ölkələr açıqlandı

Bakı. Trend:

Qlobal hərbi xərclər 2024-cü ildə maksimum səviyyəyə çatıb.

Trend xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 28 aprel tarixində açıqladığı hesabatda qeyd olunub.

Sənədə əsasən, qlobal hərbi xərclər 2023-cü illə müqayisədə 2024-cü ildə 9.4% artaraq 2.7 trilyon ABŞ dollarına çatıb. Bu göstərici, Sovet İttifaqının dağılmasından sonra ən kəskin artım kimi qeydə alınıb.

Ən böyük hərbi büdcəyə malik ölkələrin ilk onluğu aşağıdakı kimidir:

1. ABŞ - 997 milyard dollar və ya ÜDM-in 3.4%-i (qlobal hərbi xərclərin 37%-i);

2. Çin - 314 milyard dollar və ya ÜDM-in 1.7%-i (qlobal xərclərin 12%-i);

3. Rusiya - 149 milyard dollar və ya ÜDM-in 7.1%-i (qlobal xərclərin 5.5%-i);

4. Almaniya - 88.5 milyard dollar və ya ÜDM-in 1.9%-i (qlobal xərclərin 3.3%-i);

5. Hindistan - 86.1 milyard dollar və ya ÜDM-in 2.3%-i (qlobal xərclərin 3.2%-i);

6. Böyük Britaniya - 81.8 milyard dollar və ya ÜDM-in 2.3%-i (qlobal xərclərin 3%-i);

7. Səudiyyə Ərəbistanı - 80.3 milyard dollar və ya ÜDM-in 7.3%-i (qlobal xərclərin 3%-i);

8. Ukrayna - 64.7 milyard dollar və ya ÜDM-in 34%-i (qlobal xərclərin 2.4%-i);

9. Fransa - 64.7 milyard dollar və ya ÜDM-in 2.1%-i (qlobal xərclərin 2.4%-i);

10. Yaponiya - 55.3 milyard dollar və ya ÜDM-in 1.4%-i (qlobal xərclərin 2%-i).

Xəbər lenti

Xəbər lenti