...

Ağdamın energetika təsərrüfatı ilə bağlı 9,7 milyon manatlıq işlərə başlanılır

İqtisadiyyat Materials 29 Aprel 2025 20:12 (UTC +04:00)
Ağdamın energetika təsərrüfatı ilə bağlı 9,7 milyon manatlıq işlərə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda faza-2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı sistemləri ilə bağlı yeni işlərə başlanılır.

Trend-in əldə etdiyi məlumata görə, həmçinin həmin yaşayış məhəlləsi üzrə sahədaxili mühəndis kommunikasiya sistemləri (su, kanalizasiya, yağış suyu kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırılma, yol və səkilər) və yaşıllıq, abadlıq işləri də həyata keçiriləcək.

Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda qurum görüləcək işlərin 9,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti