Bakı. Trend:
İspaniyada bütün ölkə ərazisini əhatə etmiş “blekaut”dan sonra elektrik verilişi bərpa olunub.
Trend xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, elektrik enerjisinin verilişi ötən gün baş verib və kommunikasiya və nəqliyyat sektorunu tam iflic edib. Şəhərlərarası və beynəlxalq qatar, avtobus, təyyarə reysləri təxirə salındığından minlərlə yerli və xarici turist vağzal və aeroportlarda gecələməli olub.
Elektrik böhranının səbəbləri araşdırılsa da, bunun kiberhücumla əlaqəli olduğu istisna edilmir.