...

Azərbaycan hökuməti və QHT-ləri ilə sıx əməkdaşlığa ümid bəsləyirik - Cibuti nümayəndəsi

Siyasət Materials 29 Aprel 2025 13:04 (UTC +04:00)
Azərbaycan hökuməti və QHT-ləri ilə sıx əməkdaşlığa ümid bəsləyirik - Cibuti nümayəndəsi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökuməti və QHT-ləri ilə sıx əməkdaşlığa ümid bəsləyirik.

Bunu Trend-ə Cibuti prezidentinin əlillik məslələri üzrə müşaviri, Əllilliyi olan insanların işləri üzrə Milli Agentliyin baş direktoru Duale Səid Mahamud Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” mövzusunda təsis konfransı çərçivəsində deyib.

“Biz həm Azərbaycan hökuməti, həm də artıq bu təşəbbüsə qoşulmuş qeyri-hökumət təşkilatları ilə sıx və məhsuldar əməkdaşlığa ümid edirik.

Bu platforma ilə əlaqəli nə varsa, bütün iştirakçılar üçün böyük əhəmiyyət kəsb edir və biz şadıq ki, başladığı andan bu prosesin bir hissəsiyik”, - deyə o bildirib.

O, beynəlxalq dəstəyin miqyasının ilhamverici olduğunu diqqətə çatdırıb. Prezident müşaviri siyasi dialoqun praktik mərhələyə – bir çox ölkənin cəlb olunduğu birgə layihələrə keçdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti