...

Növbəti mövsüm voleybol üzrə Azərbaycan çempionatında yeni komanda mübarizə aparacaq

İdman Materials 29 Aprel 2025 02:12 (UTC +04:00)
Növbəti mövsüm voleybol üzrə Azərbaycan çempionatında yeni komanda mübarizə aparacaq

Bakı. Trend:

Növbəti mövsümdən etibarən qadın voleybolçuların Yüksək Liqasında yeni yaradılan "DH Volley Baku" klubu iştirak edəcək.

Bu barədə Trend-ə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Aprelin 29-da klubun təqdimatı və ilk transferlərin imza mərasimi məqsədilə mətbuat konfransı keçiriləcək.

Mərasimdə klubun prezidenti, təşkilat komitəsinin üzvləri, komandanın meneceri, baş məşqçisi, köməkçi məşqçilər və müqavilə bağlanacaq oyunçular iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti