...

Bölgələrdə həkim çatışmazlığı var, tibb işçiləri əsasən Bakıda toplaşıblar – Nazirlik rəsmisi

Cəmiyyət Materials 29 Aprel 2025 12:36 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bölgələrdə həkim çatışmazlıqları ilə bağlı əsas problem coğrafi paylanmadadır.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

T.Əhmədova vurğulayıb ki, bununla bağlı yeni təkliflər hazırlanır:

"Tibb işçiləri əsasən Bakıda toplaşıb. Onların bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır. Bununla bağlı təkliflər yaxın vaxtlarda təqdim ediləcək".

Nazirlik rəsmisi bildirib ki, sertifikasiya imtahanlarında da dəyişiklik nəzərdə tutulur:

"Suallar asan, orta və mürəkkəb olacaq. Elmi və tədris tədbirlərinin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, davamlı peşəkar inkişaf (DPİ) tədbirlərinin akkreditasiyası və bunun kredit ekvivalentləri, tələblər nazirlik tərəfindən hazırlanacaq. Bunlar imkan verir ki, tibb mütəxəssisi müxtəlif tədbirlərə getməklə kredit ballarını artırsın. Məsələn, elmi fəaliyyətlə məşğul olan şəxsin kredit balları daha çox olacaq. Özəl və dövlət sektorunda çalışan tibb mütəxəssisləri ilə bağlı ayrı-seçkilik olmayacaq".

Xəbər lenti

Xəbər lenti