...

Respublika üzrə 97% qazlaşma həcminə çatmışıq - "Azəriqaz" rəsmisi

Cəmiyyət Materials 29 Aprel 2025 15:26 (UTC +04:00)
Respublika üzrə 97% qazlaşma həcminə çatmışıq - "Azəriqaz" rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Respublika üzrə 97% qazlaşma həcminə çatmışıq.

Trend xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Baş direktorun müavini Nail Abdullayev bu gün Bakıda Milli Biznesin İnkişafı Forumunda deyib.

O qeyd edib ki, qarşıda duran dəyişiklik işlərinə hazırlıq məqsədilə diaqnoztik işlər aparılır.

"10-dan artıq beynəlxalq ekspertlər dəvət olunub. Həmin əməkdaşların, ekspertlərin iştirakı ilə 60-dan yuxarı təşəbbüs formalaşıb. Həmin təşəbbüs hesabına 100 milyon manat civarında dəyər yaratmaq planlaşdırılır.
60 təşəbbüsdən 23-ü təsdiq olunub və onların icrası istiqamətində işlər görülməkdədir", - deyə qurumun rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti