Bakı. Trend:
ABŞ-də demokratik partiyadan olan konqresmen Şri Tanedar ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı qətnaməni konqresə təqdim edib.
Trend xəbər verir ki, bu barədə konqresmen öz “X” səhifəsində videoyazı paylaşıb.
“Mən Trampa qarşı impiçment qətnaməsi təqdim etmişəm. Bu sənəddə impiçmentin yeddi maddəsi göstərilib”, – deyə o vurğulayıb.
Qətnamədəki maddələrdən danışan konqresmen Trampın guya ədalətin qarşısını alması, beynəlxalq təcavüz, qanunsuz qurumlar yaratması, korrupsiya və səlahiyyətlərini aşması kimi məsələlərə toxunub.
Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ prezidenti Donald Trampın siyasi kursuna sadiqlik göstərmək, amerikalı dövlət qulluqçularının işə qəbulu və ya işdən çıxarılmasında əsas amillərdən birinə çevriləcək.