Bakı. Trend:
Bu ilin mart ayında Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi 37 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, ötən ilin mart ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklardan xaricə köçürmələr 4,6 milyon manat və ya 11% azalıb.
Belə ki, 2024-cü ilin mart ayında Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi 41,6 milyon manat idi.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi 110.4 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklardan xaricə köçürmələr 18,6 milyon manat və ya 14,4% azalıb. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi 129 milyon manat idi.