Bakı. Trend:
Çinli hakerlər Pekin və Vaşinqton arasında böyük böhran zamanı Amerikanın kritik infrastrukturuna çıxış əldə etməyə çalışırlar.
Trend-in məlumatına görə, bu barədə ABŞ Kiber Komandanlığının icraçı direktoru Morqan Adamski bildirib.
"Çinlə bağlı kiber əməliyyatların məqsədi ABŞ ilə böyük böhran və ya münaqişə vəziyyətində üstünlük əldə etməkdir", - deyə o qeyd edib.
Ötən gün senator Mark Varner ABŞ telekommunikasiya firmalarının ölkədə tarixində görünməmiş Çinlə əlaqəli haker hücumuna məruz qaldığını iddia etmişdi.