Bakı. Trend:
Yaponiya hökuməti hərbi-sənaye kompleksinin keyfiyyətcə inkişafı və silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlamağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, hərbi texnikanın xaricə tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyatın bu sektorunun biznes, o cümlədən kiçik və orta sahibkarlar üçün cəlbediciliyini artırmaq məqsədi daşıyır.
Yeni strategiyanı əks etdirən sənədlərin 2025-ci ildə dərc olunması gözlənilir.