...

Ukrayna Dünya Bankından 4,8 milyard dollar kredit götürüb

Dünya xəbərləri Materials 23 Noyabr 2024 02:31 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Dünya Bankından 4,8 milyard dollar kredit alacaq, müvafiq saziş cümə günü Kiyevdə imzalanıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti öz saytında bildirib.

"Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Şərqi Avropa məsələləri üzrə əməliyyat meneceri Kevin Tomlinson “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi (PEACE in Ukraine) çərçivəsində kredit sazişi imzalayıblar. Müqavilə ilə ABŞ və digər inkişaf tərəfdaşlarından 4,8 milyard dollar vəsaitin cəlb edilməsi nəzərdə tutulur", - deyə qeyd olunub.

Ukrayna yaxın gələcəkdə maliyyə alacağını gözləyir, lakin nazirlik dəqiq tarixləri açıqlamayıb. Pulun “prioritet sosial büdcə xərclərinə” yönəldilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti