...

Bu il icbari tibbi sığorta hesabına neçə diskektomiya əməliyyatı icra olunub?

Cəmiyyət Materials 23 Noyabr 2024 10:52 (UTC +04:00)
Bu il icbari tibbi sığorta hesabına neçə diskektomiya əməliyyatı icra olunub?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın diskektomiya (sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılması) əməliyyatı icra olunub.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) həyata keçirilib.

Qeyd edək ki, fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti