Bakı. Trend:
Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Mask 347,8 milyard dollara çatan sərvəti ilə öz rekordunu yeniləyərək yenidən dünyanın ən varlı adamları siyahısında birinci olub.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildə dəstəklədiyi Donald Tramp ABŞ seçkisində qalib gəldikdən sonra Maskın şirkətlərinin səhmləri kəskin bahalaşıb.