Bakı. Trend:
Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ədliyyə işçilərini təbrik edib, peşə fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan eləcədə Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə davamlı sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Digər çıxış edənlər də ədliyyə işçilərini təbrik edib, xoş arzularını çatdırıblar.
Sonda bir qrup ədliyyə işçisi Fəxri Fərmanla təltif olunub.