Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son 4 ildə 12,3 mindən çox imtiyazlı vətəndaşı müxtəlif sanatoriya və kurort mərkəzlərinə yollayışla təmin edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, onların sırasına əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daxildir.
Həmin şəxslər xəstəliklərinə uyğun olaraq ölkəmizin bölgələrindəki sanator-kurort və müalicə mərkəzlərində müalicə kursu keçiblər.