Bakı. Trend:
Kanadada 2015-ci ildən bəri ən böyük qızılca epidemiyası yayılıb.
Trend-in məlumatına görə, bu barədə Kanada Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, bu ilin əvvəlindən ölkədə 130 qızılcaya yoluxma halı qeydə alınıb və bir nəfər ölüb. Epidemiya ölkənin altı regionunda - Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Brunsvik, Ontario və Saskaçevanda qeydə alınıb. Son bir həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub.
2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə 12 yoluxma faktını qeydə alıb. Kanadada sonuncu dəfə 2015-ci ildə qızılca xəstəliyinə 113 nəfər yoluxmuşdu.