...

ABŞ Fici adasında qoşunlarını yerləşdirilmək niyyətindədir

Dünya xəbərləri Materials 23 Noyabr 2024 08:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Fici ilə adada ABŞ Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsinə icazə verəcək saziş imzalamaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Fici baş naziri Sitiveni Rabuka ilə birgə mətbuat konfransında deyib.

"Biz silahlı qüvvələrin statusu barədə razılığa dair danışıqların başlandığını elan edirik. Razılığın əldə olunması bizə təlimlərin və hərbi qarşılıqlı fəaliyyətin sayını artırmaqla ikitərəfli müdafiə əməkdaşlığını genişləndirməyə imkan verəcək", - deyə o bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, razılaşma ABŞ-yə “Ficiyə dəstək üçün qüvvələr yerləşdirməyə və ya yenidən yerləşdirməyə imkan verəcək və ficililərlə təlimlər keçirməyə imkan verəcək”. Eyni zamanda o, ABŞ-nin adada daimi hərbi baza yaratmaq niyyətində olmadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti