...

Taekvonduçumuz Avropa çempionatında bürünc medal qazanıb (FOTO)

İdman Materials 23 Noyabr 2024 03:24 (UTC +04:00)
Taekvonduçumuz  Avropa çempionatında bürünc medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinanın Sarayevo şəhərində 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının üzvü medal qazanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Bildirilib ki, milli komandamızın üzvü Vasif Səlimov (63 kq) bürünc medala layiq görülüb. Medala gedən yolda ilk mərhələni rəqibsiz adlayan idmançımız Türkiyə, Ukrayna və Danimarkadan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti