Bakı. Trend:
Bakıda keçirilən COP29-da BƏƏ-də qəbul edilmiş konsensus qorunub saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Avropa komissarı Vopke Hukstra bildirib.
"Biz son dərəcə çətin geosiyasi dövrdə yaşayırıq. COP29 həqiqətən də çətin qlobal mühitdə birlik və əməkdaşlıq nümayiş etdirmək üçün bir fürsət idi. Mən inanıram ki, maliyyə öhdəliyinin üç dəfə artırılması irəliyə doğru atılmış mühüm addımdır", - deyə Hukstra bildirib.