...

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İqtisadiyyat Materials 22 Noyabr 2024 15:29 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend

Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Qurumdan Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq, saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Qiymətli kağızın ISIN kodu

AZ2092008682

Emissiya həcmi

50,000,000 manat

Nominal qiyməti

1,000 manat

Hərrac qiyməti

1,000 manat

İstiqrazların tədavül müddəti

8640 gün

Faiz dərəcəsi

3%

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti