...

Hava şəraiti qeyri-sabit keçəcək

Cəmiyyət Materials 24 Noyabr 2024 12:30 (UTC +04:00)
Hava şəraiti qeyri-sabit keçəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az çiskinli olacaq, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz isə 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % arasında dəyişəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağıntılar, dağlıq ərazilərdə isə qar yağması ehtimalı var. Bəzi bölgələrdə arabir dumanın yaranacağı da gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz isə 11-16° isti olacaq. Dağlıq ərazilərdə gecə 0-2° şaxta, gündüz isə 2-6° isti olacağı gözlənilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xəbər lenti

Xəbər lenti