...

Mərkəzi Asiya Ölkələrinin İslam maliyyələşməsinin dünya liderləri ilə əlaqələri möhkəmləndirməsi vacibdir - Nikolay Podquzov

İqtisadiyyat Materials 20 May 2025 15:56 (UTC +04:00)
Mərkəzi Asiya Ölkələrinin İslam maliyyələşməsinin dünya liderləri ilə əlaqələri möhkəmləndirməsi vacibdir - Nikolay Podquzov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Mərkəzi Asiya Ölkələrinin İslam maliyyələşməsinin dünya liderləri ilə əlaqələri möhkəmləndirməsi vacibdir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankını (AAİB) İdarə heyətinin sədri Nikolay Podquzov İslam İnkişaf Bankının “İslam maliyyələşməsində rəqəmsal keçid və maliyyə inklüziyası” şüarı altında Əlcəzairdə keçirilən İslam Maliyyələşməsi üzrə 19-cu Qlobal Forumunun açılış mərasimində deyib.

“İslam maliyyələşməsi – sadəcə alternativ model deyil. O sosial məsuliyyətdə dəyərlərinə, risklərin bölgüsünə və iqtisadi ədalət tələblərinə cavab verən güclü bir alətdir. Mərkəzi Asiyanın maliyyə inklüziyasının genişləndirilməsinə can atdığı bir vaxtda, texnologiyaların maneə deyil, köməkçi olmasını təmin etmək vacibdir”, - deyə o bildirib.

Podquzov vurğulayıb ki, ən perspektivli imkanlardan biri islam maliyyəsinin rəqəmsal poçt xidmətləri ilə inteqrasiyasıdır.

“Xüsusilə kənd yerlərində bir çox regionda ənənəvi bank xidmətləri əhalinin əhəmiyyətli hissəsi üçün əlçatan deyil. Eyni zamanda, poçt şəbəkəsi, demək olar ki, hər yerdə mövcuddur və bu, onu rəqəmsal İslam maliyyə məhsullarının təqdim olunması üçün ideal kanal edir. Təsəvvür edin: ənənəvi bank həllərinə əlavə olaraq, artıq Qazaxıstan, Özbəkistan və Qırğızıstanda olduğu kimi, istifadəçilər poçt xidməti ilə əlaqəli mobil tətbiq vasitəsilə islam mikromaliyyə məhsullarına çıxış əldə edə biləcəklər”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, bölgələrdəki poçt şöbələri islam bankları adından islam maliyyə xidmətləri təqdim edən “vahid islam vitrinləri”nə çevrilə bilər.

“Rəqəmsal cüzdanlar və mobil bank platformaları maliyyəyə çıxışda olan boşluğu aradan qaldıra bilər, bank xidmətlərindən kənarda qalan əhaliyə şəriətə uyğun qənaət, investisiya və ödəniş həlləri təqdim edə bilər. Fintexdən istifadə isə şəffaflıq və etik idarəetmə prinsiplərini qorumaqla maliyyə imkanlarının genişlənməsinə şərait yaradır. Bu yanaşma e-ticarət və kiçik-orta biznesin maliyyələşdirilməsi sahəsini dəyişə və iqtisadi inkişafa töhfə verə bilər”, – deyə Podquzov bildirib.

O xatırladıb ki, ötən il Avrasiya İnkişaf Bankı İslam İnkişaf Bankının İnstitutu ilə birgə Qazaxıstanda rəqəmsal poçt platformasının yaradılması layihəsi üzərində işə başlayıb.

“Mərkəzi Asiya üçün digər maraqlı istiqamət isə İslam maliyyəsində süni intellektin tətbiqidir. Artıq süni intellekt (Sİ) həllərinin normativ uyğunluğun təmin edilməsi, fırıldaqçılığın aşkar olunması və müştəri xidmətlərinin avtomatlaşdırılması sahələrində böyük potensialı özünü göstərir. Məsələn, Sİ əsaslı çat-botlar müştəriləri ana dillərində İslam maliyyə məhsulları barədə maarifləndirə və onlara daha düşünülmüş maliyyə qərarları verməkdə kömək edə bilər. Amma eyni zamanda Sİ təkcə imkanlar deyil, həm də risklər yaradır. Əgər o, nüfuzlu qurumlar tərəfindən tənzimlənməz və sertifikatlaşdırılmazsa, bu, ciddi risklərə yol aça bilər. Bu, xüsusilə İslam maliyyəsinin normativ bazasının hələ də formalaşdığı Mərkəzi Asiya kimi inkişaf etməkdə olan bazarlar üçün aktualdır”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti