...

CERA 2012- ci ilə artıq neft hasilatı güclərinin çoxalacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 11:32 (UTC +04:00)
CERA 2012- ci ilə artıq neft hasilatı güclərinin çoxalacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 20 dekabr/ Trend , müxbir A.Bədəlova/Yaxın bir neçə ildə artıq neft hasilatı gücləri xeyli çoxalacaq və 2010-2012-ci illərdə sutkada 8 mln. barelə çatacaq", - Britaniyanın CERA (Cambridge Energy Research Associates) Konsaltinq Assosiasiyasının məruzəsində deyilir.

CERA-nın sədri Deniel Yerginin (Daniel Yergin) sözlərinə görə, 2010-2012-ci illərdə artıq istehsal gücləri 2008 - ci ilədki sutkada 2,4 mln. bareldən səkkiz mln. barelədək arta bilər. Onun sözlərinə görə, dünya iqtisadiyyatı bərpa olunduqda, artıq istehsal gücləri tədricən azalmağa başlayacaq.

CERA-nın hesablamalarına əsasən, 2008-ci ildə ABŞ-da neftə tələbat, 2007-ci illə müqayisədə, sutkada 1 mln. barel azalacaq ki, bu da 1981-ci ildən  bəri ən böyük azalmadır. 2008-ci ilin yekunları üzrə dünyada neftə tələbat sutkada 300 min barel, 2009-cu ildə isə sutkada 660 min barel azalacaq.

"Hətta iqtisadiyyatla yanaşı, neftə tələbat da bərpa olunmağa başlasa, ölkələr enerji siyasəti, enerjidən istifadənin səmərəliliyinə və alternativ enerji mənbələrinə böyük diqqət artırdıqca, onun azalması riski var", - məruzədə deyilir.

Xəbər lenti

Xəbər lenti