...

"Fitch Ratings" "AccessBank"ın reytinqini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 16:20 (UTC +04:00)
Cümə günü "Fitch Ratings" "AccessBank"ın reytinqini təsdiqləyərək onu dəyişməz saxlayıb. Bu barədə bankın məlumatında deyilir.
"Fitch Ratings" "AccessBank"ın reytinqini təsdiqləyib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Cümə günü "Fitch Ratings" "AccessBank"ın reytinqini təsdiqləyərək onu dəyişməz saxlayıb. Bu barədə bankın məlumatında deyilir.

"AccessBank"ın uzunmüddətli emitent defoltu reytinqi (EDR) "Sabit" proqnozla "BB+" səviyyəsində təsdiqlənib, bu, Azərbaycanın özəl bankları arasında ən yüksək reytinqdir. Qısamüdətli EDR "В" səviyyəsində, fərdi reytinq isə "D" səviyyəsində təsdiqlənib, bu, ölkədə ən yüksək reytinqdir.

"AccessBank"ın reytinqlərinin təsdiqlənməsi onun səhmdarları olan beynəlxalq maliyyə təşkilatları tərəfindən yardım göstərilməsi ehtimalı haqqında "Fitch" agentliyinin rəyini əks etdirir. Fərdi "D" reytinqi aktivlərin yüksək keyfiyyətini, güclü effektivlik göstəricilərini, əhəmiyyətli likvidlik ehtiyatını və sabit kapitallaşmanı əks etdirir.

"AccessBank"ın baş meneceri Endryu Pospilovski reytinqin təsdiqlənməsini şərh edərək deyib: "Fitch Ratings" agentliyi tərəfindən "AccessBank"ın reytinqinin Azərbaycanın özəl bankları arasında ən yüksək reytinq qismində təkrarən təsdiqlənməsi "AccessBank"ın sabitliyinin və gücünün göstəricisidir.

"Fitch Ratings" dünyanın kredit bazarlarına müstəqil və perspektiv kredit qərarlarını, tədqiqatlarını və məlumatlarını təqdim edən ümumdünya reytinq agentliyidir. Bütün dünyada 50 nümayəndəliyə malik olan "Fitch Ratings" agentliyinin yerli bazar təcrübəsinin qazanılmasına əsaslanan qlobal təcrübəsi 150-dən artıq ölkənin kapital bazarlarını əhatə edir. "Fitch Ratings" öz fəaliyyətinin etibarlılığı və şəffaflığı sayəsində investorlar, emitentlər və bank rəhbərləri tərəfindən yüksək səviyyədə tanınıb.

"AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti