...

Azərbaycanın sığorta şirkətinin aktivləri il ərzində 1,7 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2011 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ilin fəaliyyət yekunları üzrə Azərbaycan sığorta şirkəti "Paşa Sığorta" ASC-nin aktivləri ilin əvvəlindəki 19,476 milyon manata qarşı 33,438 milyon manat təşkil edib. Bu barədə şirkətin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

Bu müddət ərzində şirkətin uzunmüddətli aktivləri 308,53 milyon manat, qısamüddətli aktivləri isə 33,129 milyon manat təşkil edib.

Ötən ilin sonunda şirkətin depozitli hesabları 25,806 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 3,906 min manat olub.

İlin sonunda şirkətin depozitli hesabları 25,806 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 3,906 min manat olub.

İlin sonunda şirkətin məcmu kapitalı ilin əvvəlindəki 11,871 milyon manata qarşı 22,806 milyon manat təşkil edib. "Paşa Sığorta" ASC-nin nizamnamə kapitalı 2010-cu ildə 9 milyon manatdan 20 milyon manatadək artıb. Şirkətin xalis gəliri 2,806 milyon manat olub.

Şirkətin uzunmüddətli öhdəlikləri 10,598 milyon manat, qısamüddətli 32,651 min manat, kapital və öhdəliklər ümumilikdə, 33,438 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 15,368 milyon manat, o cümlədən sığorta üzrə 12,512 milyon manat, təkrarsığorta üzrə 543,753 min manat təşkil edib. Şirkətin investisiya qoyuluşları üzrə gəlirləri 2,568 milyon manat olub.

2010-cu ildə şirkətin xərcləri 12,561 milyon manat, o cümlədən sığorta ödənişləri üzrə 2,444 milyon manat, təkrar sığorta ödənişləri üzrə 6,808 milyon manat təşkil edib.

2010-cu ildə şirkət 151,423 min manat məbəlğində mənfəət vergisi, ƏDV - 239,481 min manat, əmlak vergisi - 1,226 min manat, sosial sığorta və təminat vergisi - 293,51 min manat, icbari ödənişlər (0,3 faiz) - 45,02 min manat, digər vergilər üzrə - 289,108 min manat ödəyib.

"Paşa Siğorta" "Paşa Holdinq" qrupunun üzvüdür və sığortanın 31 növü üzrə korporativ və fərdi müştərilərə xidmət göstərir. 20 milyon manat nizamnamə kapitalı və 28 milyon manat ümumi aktivləri ilə "Paşa Sığorta" kapitallaşdırmanın həcminə görə ölkənin ilk üç sığortaçısı siyahısına daxildir.

2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. Tibbi sığorta xidmətinin işi də həmçinin bu beynəlxalq standartla əhatə olunub.

Martın 29 -na rəsmi məzənnə 0,7929 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti