...

Azərbaycandan qaz tədarükü Bolqarıstanda qaz qiymətinin aşağı salınmasını təmin edib

Energetika Materials 2 May 2025 11:54 (UTC +04:00)
Azərbaycandan qaz tədarükü Bolqarıstanda qaz qiymətinin aşağı salınmasını təmin edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası (EWRC) may ayı üçün təbii qazın qiymətinin 14,22% azaldılmasını təsdiqləyib. Yeni tarif giriş, nəql haqqı, aksiz və ƏDV nəzərə alınmadan, hər meqavatt/saata (MWh) görə 64,40 bolqar levi səviyyəsində müəyyən edilib.

Bu haqda Trend EWRC-yə istinadən xəbər verir.

Qiymətlərin aşağı salınması Azərbaycanla bağlanmış uzunmüdətli müqavilə çərçivəsində Azərbaycan qazının Yunanıstan-Bolqarıstan (IGB) qaz kəməri vasitəsilə tədarükü sayəsində mümkünləşib.

Azərbaycanın boru kəməri qazı ilə yanaşı, dövlət şirkəti “Bulgargaz” may ayı üçün, həmçinin, mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü də təmin edib. Tədarüklər mövcud beynəlxalq treyderlərlə müqavilələr çərçivəsində minimal qiymət və ödəniş şərtləri müəyyən edilən hərrac nəticəsində həyata keçirilib.

EWRC-dən bildiriblər ki, “Bulgargaz”ın əldə etdiyi qaz həcmi şirkətin may ayı ərzində üzərinə düşən öhdəlikləri, o cümlədən, son tədarükçülər, istilik təchizatı müəssisələrinə və sənaye müştərilərinə ikitərəfli müqavilələr əsasında tədarükləri tam yerinə yetirməsi üçün kifayət edir.

Qeyd edək ki, IGB Bolqarıstana Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verir və “Şaquli Qaz Dəhlizi”nin bir hissəsi sayılır. Qaz kəməri yeni, şaxələndirilmiş mənbələrdən olan təbii qaza çıxışı təmin edərək, regionda enerji bağlılığını və təhlükəsizliyini möhkəmləndirir.

Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyət göstərir, genişlənmə potensialı isə illik 5 milyard kubmetrə qədərdir. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizinə cavab verir və Moldova və Ukrayna kimi vacib bazarlara etibarlı marşrutu təmin edir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti