...

Azərbaycanın dövlət poçt rabitəsi operatoru ilin ikinci yarısından əhaliyə maliyyə xidmətləri göstərməyə başlayacaq

Telekommunikasiya Materials 17 Mart 2010 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın dövlət poçt rabitəsi operatoru "Azərpoçt" MMC ilin ikinci yarısının əvvəlindən əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə başlayacaq. Bunu bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, hazırda Azərpoçt və Dünya Bankı arasında imzalanmış müqaviləyə əsasən bütün işlər həyata keçirilib və yeni xidmətlərin göstərilməsi Azərbaycan poçt operatorunun inkişafında yeni mərhələ olacaq.

Nazir deyib ki, layihənin təqdimatına dünya poçt rabitəsi operatorlarının nümayəndələri, həmçinin Ümümdünya Poçt İttifaqının nümayəndə heyəti gələcək.

Azərpoçt bank xidmətlərinin göstərilməsi üzrə lisenziya almaq üçün AMB-yə müraciət edib. İcazənin verilməsi məsələsi ayın sonuna kimi həll oluna bilər.

Bank-maliyyə xidmətlərinin göstərilməsi "Azərpoçt"da yaradılan avtomatlaşdırılmış korporativ-informasiya sistemi sayəsində mümkün olacaq. Hazırda bu sistem istismar təcrübəsinə hazırdır. "Azərpoçt"un avtomatlaşdırılmış sisteminə 200-dən çox poçt rabitəsi şöbəsi daxildir. Operator tərəfindən tenderlər keçirilib, müvafiq texniki avadanlığın alınması və quraşdırılması üzrə müqavilələr imzalanıb. Ən qısa müddətdə texniki təchizat başa çatdıqdan sonra avtomatlaşdırılmış korporativ-informasiya sisteminə bütün poçt rabitəsi şöbələri qoşula bilər.

İlkin mərhələdə poçt şöbələri məhdudlaşdırılmış bank əməliyyatları təqdim edəcəklər, onlara kassa əməliyyatlarının aparılması, pul köçürmələri, müştəri hesablarının açılması və s. daxildir. Uzunmüddətli perspektivdə əhaliyə kreditlərin verilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti