...

Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 20 Dekabr 2021 00:26 (UTC +04:00)
Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Vazisubani rayonunda yerləşən doqquz mərtəbəli yaşayış binasında partlayış baş verib.

Trend-in məlumatına görə, bunu rayon administrasiyasının nümayəndəsi Nika Elisaşvili deyib.

Onun sözlərinə görə, partlayış binanın birinci mərtəbəsindəki mənzillərdən birində meydana əglib. Partlayış nəticəsində evin sahibi və binanın 4 sakini xəsarət alıb.

İlkin məlumata əsasən, partlayışa səbəb qaz sızması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti