...

Yaponiyada 190 minə yaxın insana təxliyə olunmaq tövsiyə olunub

Dünya xəbərləri Materials 26 İyul 2022 06:01 (UTC +04:00)
Yaponiyada 190 minə yaxın insana təxliyə olunmaq tövsiyə olunub

Bakı. Trend:

Yaponiyanın Hamamatsu şəhərinin (Sizuoka prefekturası) sakinləri güclü yağışlar zamanı torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təhlükəsiz yerə təxliyə ilə bağlı tövsiyə alıblar.

Trend-in məlumatına görə, müvafiq bildiriş şəhər administrasiyasının saytında dərc edilib.

NHK telekanalının məlumatına görə, təxliyə tövsiyəsi ümumilikdə təxminən 190 min insana şamil edilib.

Təhlükə səviyyəsi mümkün beş səviyyədən dördüncü səviyyəyə qaldırılıb, bu isə təhlükəsiz yerə təxliyə ehtiyacı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti