...

İranda sərnişin avtobusu qəzaya düşdü - Ölənlər var

Dünya xəbərləri Materials 22 May 2024 13:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində sərnişin avtobusunun avtomobillə toqquşması nəticəsində 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Qərbi Azərbaycan vilayəti üzrə idarəsinin direktoru Həmid Məhbubi deyib.

Onun sözlərinə görə, Miyandab-Mahabad yolunda baş verən qəza nəticəsində 8 nəfər xəsarət alıb.

İdarə rəsmisi deyib ki, yaralılar müalicə mərkəzlərinə köçürülüb.

Fakta bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti