...

İran Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Dünya xəbərləri Materials 22 May 2024 14:33 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının iclası bütün üzvlərin iştirakı ilə keçirilib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

İclasda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onlarla birlikdə helikopter qəzasında ölənlərin xatirəsi anılıb.

İclasda həmçinin, önəmli daxili, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti