...

Kobaxidze Aİ rəsmisinin onu təhdid etdiyini bəyan edib

Dünya xəbərləri Materials 23 May 2024 18:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının üzvlərindən biri mənə zəng etmişdi. Həmin telefon söhbətində o, Slovakiyanın Baş naziri Robert Fitsonun sui-qəsd faktını misal gətirərək, ehtiyatlı olmağı belə məsləhət gördü.

Trend gürcü KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

O bildirib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.

“Bu məlumatı xalqla bölüşmək mənim borcumdur. Robert Fitsonun güllələnməsindən sonra bizə qarşı yönələn təhdid dünyanın son dərəcə təhlükəli tendensiyalarla qarşılaşdığının bariz nümunəsidir. Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti