...

Dövlət Departamentində ABŞ-ın Azərbaycandakı səfiri təyin olunmaq üçün Metyu Brayzadan daha hazırlıqlı insan yoxdur - xüsusi nümayəndə Riçard Morninqstar

Siyasət Materials 10 Noyabr 2010 11:00 (UTC +04:00)

ABŞ, Vaşinqton, 10 noyabr /Trend, müxbir L.Katık/

Dövlət Departamentində ABŞ-ın Azərbaycandakı səfiri işləmək üçün Metyu Brayzadan daha hazırlıqlı insan yoxdur. Bunu ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar (Richard Morningstar) çərşənbə axşamı Vaşinqtonda "Amerika-Azərbaycan münasibətləri: "strateji tərəfdaşlığ"ın vəziyyəti" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

"Hazırkı administrasiyanın Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqlənməsindən imtina etməsi üçün heç bir əlamət görmürəm", - Morninqstar bir neçə aydır ki, Azərbaycana amerikalı səfir təyin edilməməsi ilə bağlı suala cavab olaraq deyib.

"İndi heç kim onu nə qədər gözləmək lazım gəldiyini deyə bilməz. Lakin belə düşünürəm ki, bu namizədliyə dəstək olmaqdan imtina etsək, Azərbaycandakı dostlarımız sevinməyəcəklər", - o bildirib.

Morninqstar bunun "çətin məsələ" olduğunu qeyd edərək onun həll olunacağına ümid etdiyini bildirib.

Bir qədər əvvəl məlumat verilib ki, Ceymstaun Fondu və Mərkəzi Asiya və Qafqaz İnstitutu noyabrın 9-da Vaşinqtonda "Amerika-Azərbaycan münasibətləri: "strateji tərəfdaşlığ"ın vəziyyəti" mövzusunda konfrans keçirəcək.

ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi diplomatik nümayəndəsi Riçard Morninqstar, məşhur amerikalı politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski, Ceymstaun Fondunun prezidenti Qlen Hovard, fondun baş əməkdaşı, politoloq Vladimir Sokor, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr öz məruzələri ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti