...

Nikol Paşinyanın babası faşistlərə xidmət edirmiş: Baş nazir paylaşdığı foto ilə ifşa olundu (FOTO)

Siyasət Materials 11 May 2020 17:04 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin baş naziri Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət edib.

Trend Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bir qədər əvvəl Paşinyan babasının fotoşəkilini dərc etdirərək həmin fotonu belə şərh edib: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”.

Ermənistan KİV-ləri Böyük Vətən müharibəsi zamanı həlak olmuş və ya itkin düşən şəxslər haqqında məlumatların göstərildiyi Obd-memorial.ru saytında Paşinyanın təqdim etdiyi adam haqqında məlumatları axtarıb və həmin saytdan alınan cavab belə olub:

Doğulduğu tarix - 23.12. 1913.

Doğulduğu yer - Ermənistan SSR, Yenakavan.

Taleyi - düşmənlə əməkdaşlıq edib, həlak olub.

Ölüm tarixi - 29.09.1943.

Saytda almanların uçot sənədi də dərc edilib. (“İRAVUNK” qəzeti).

Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib.

Ermənistan KİV-ləri yazırlar: “Onlardan biri SS sıralarında, digəri SSRİ ordusunda xidmət edib, baş nazirin babası nasistlərin tərəfdarı olmayıb”.

Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti