...

Аztəminatlı ailələrdən olan Azərbaycan vətəndaşları dövlət hesabına vəkillə təmin olunacaqlar

Cəmiyyət Materials 18 Fevral 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəməyə şikayət verəcək aztəminatlı ailələrdən olan vətəndaşlar dövlət hesabına vəkillə təmin olunacaqlar.

Bu barədə bazar ertəsi ilin yekunlarına dair keçirilən mətbuat konfransında Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib.

Qanunverivciliyə dəyişiklikdən sonra Ali Məhkəməyə müraciət edən vətəndaşın kassasiya şikayəti vəkil tərəfindən hazırlanmalı və imzalanmalıdır. Bu qaydaya əməl edilmədən verilən şikayətlər icraata qəbul edilmir. Hər kəsin vəkil tutmağa maddi imkanıolmadığından vətəndaşlar kassasiya şikayəti verə bilmir. Bu isə vətəndaşların narazılığına səbəb olub.

Ali Məhkəmə sədri bildirib ki, bu məqsədlə yeni qurum yaradılacaq. Həmin qurumun hansı dövlət orqanının tərkibində fəaliyyət göstərəcəyinin hələlik dəqiqləşdirilmədiyini deyən Rzayev qeyd edib ki, kassasiya şikayəti verən və vəkil tutmaq imkanı olmadığını iddia edən vətəndaşın maddi vəziyyətini yaradılacaq qurum aidiyyatı təşkilatlarla birgə araşdıracaq. "Həmin vətəndaşın aztəminatlı ailədən olduğu müəyyənləşərsə, onun vəkil xidmətlərinə görə çəkilən bütün xərcləri dövlət büdcəsindən ödəniləcək" - deyə Ali Məhkəmə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti