...

Göyçayda yaşlı qadın itkin düşüb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2024 13:09 (UTC +04:00)
Göyçayda yaşlı qadın itkin düşüb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda 69 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay rayonunun Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı yanvarın 13-ü səhər saat 08 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək qayıtmayıb.

Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274–04-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti