...

Mariya Şarapova idman karyerasını bitirir

İdman Materials 28 Fevral 2020 05:16 (UTC +04:00)
Rusiyalı tennisçi Mariya Şarapova idman karyerasının başa çatdığını elan edib
Mariya Şarapova idman karyerasını bitirir

Bakı. Trend:

Rusiyalı tennisçi Mariya Şarapova idman karyerasının başa çatdığını elan edib.

Trend-in məlumatına görə , bu barədə idmançı “Vanity Fair" saytında yazıb.

"Tennis - mən əlvida deyirəm", - 32 yaşlı idmançı bildirib.

M.Şarapova Qadın Tennis Assosiasiyasının (WTA) 39 turnirinin qalibidir. O, beş dəfə “Böyük Dəbilqə” turnirlərinin, iki dəfə Fransa (2012, 2014), bir dəfə Avstraliya (2008), Uimbldon (2004) və ABŞ (2006) çempionatlarının qalibi olub.

Açılış mərasimində Rusiya yığmasının bayraqdarı olduğu London şəhərində keçirilən 2012-ci il Olimpiya Oyunlarında idmançı gümüş medal qazanıb.

2016-cı ilin mart ayının əvvəlində M.Şarapovanın dopinq-nümunəsində meldoniy aşkar edilib. Həmin ilin iyun ayında Beynəlxalq Tennis Federasiyası Rusiyanı iki il müddətinə diskvalifikasiya edib, lakin İdman Arbitraj Məhkəməsi oktyabr ayında onun kənarlaşdırılmasını 15 aya endirib. M.Şarapovanın diskvalifikasiya müddəti 26 aprel 2017-ci ildə başa çatıb.

2013-cü ildə M.Şarapova “Sugarpova” adı altında konfetlərin buraxılması üzrə öz biznesini yaradıb və hazırda “Forbes” jurnalındakı Rusiyanın ən varlı qadınlarının siyahısında 25-ci yeri tutur. Onun kapitalı 180 milyon dollar məbləğində dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti