...

Azərbaycan və Vyetnam gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2010 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Ü.İsmayılova/

Vyetnam hökuməti Azərbaycanla iqtisadi əməkdaşlığın istiqamətlərini dəqiqləşdirib, əsas üstünlük neft sektoruna veriləcək.

Baş nazirin müavini Xoanq Çunq Xayın başçılıq etdiyi geniş nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

"Biz neft sektorunda, xüsusən də həm Vyetnam, həm Azərbaycan, həm də digər ölkələrdə neft-qaz yataqlarının işlənməsi, kəşfiyyatı, axtarışı sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik", - Azərbaycan-Vyetnam biznes forumunda iştirak edən Baş nazirin müavini deyib.

Aprelin 8-də Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Vyetnamın "Petrovietnam" qövlət neft və qaz qrupu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Çunq Xayın sözlərinə görə, Vyetnam Azərbaycanın Asiya, eləcə də Yaponiya, Çin, Cənubi Koreya bazarına daxil olmasına yardım etməyə hazırdır.

"Azərbaycan bu vaxta qədər ölkənin ali təhsil müəssisələrində vyetnamlı mütəxəssislərn müxtəlif sahələrdə hazırlanmasına fəal kömək edib, lakin Azərbaycan və Vyetnam arasında qarşılıqlı əməkdaşlığı digər sahələrdə də, xüsusilə də mədəniyyət və elm sahəsində işkişaf etdirmək lazımdır", - Vyetnam Baş nazirinin müavini deyib.

Biznes forumu çərçivəsində o, artıq iki ölkənin potensialına uyğun olmayan ticarət əlaqələrinin səviyyəsindən narazılığını bildirib.

Statistikaya görə, iki ölkə arasındakı əmtəə dövriyyəsi 2009-cu ilin yekununa görə 12,672 milyon manat təşkil edib ki, bu da 2008-ci ildəki göstəriciyə nisbətən 2,2 dəfə azdır. Bu, Azərbaycan məhsullarının Vyetnama ixracının 3,3 dəfə azalması fonunda müşahidə olunur, lakin idxal 1,55 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti