...

Yunanıstan-Bolqarıstan interkonnektoru bu ilin sonunadək DESFA sisteminə qoşulacaq

Energetika Materials 12 Aprel 2023 20:51 (UTC +04:00)
Yunanıstan-Bolqarıstan interkonnektoru bu ilin sonunadək DESFA sisteminə qoşulacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Yunanıstanın DESFA sisteminə 2023-cü ilin sonunadək qoşulacaq.

Trend bu barədə Yunanıstan mediasına istinadən xəbər verir.

Məlumata görə, Yunanıstan sistemindən təbii qazın ixracı hazırda TAP (Yunanıstan - Albaniya - İtaliya) boru kəməri ilə həyata keçirilir. İlin sonunadək IGB, həmçinin DESFA sistemi ilə birləşdiriləcək və bundan sonra Şimali Makedoniyada qaz kəmərinin tikintisi başlayacaq.

Hazırda interkonnektorun maksimal ümumi gücü ildə 3 milyard kubmetrdir. DESFA-ya qoşulduqdan sonra IGB-nin ötürücülük qabiliyyətini ildə 5 milyard kubmetrədək artırmaq mümkündür.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti