...

"Masdar" Azərbaycanda yaşıl hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 3 İyul 2024 08:03 (UTC +04:00)
"Masdar" Azərbaycanda yaşıl hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti Azərbaycanda yaşıl hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir.

Bu barədə Trend-ə "Masdar Azerbaijan" şirkətinin direktoru Murad Sadıqov deyib.

O qeyd edib ki, Azərbaycanın İqtisadiyyat və Energetika nazirlikləri ilə birlikdə “Masdar” şirkəti hidrogen istehsalı ilə bağlı tədqiqatlar aparıb.

“2022-ci ildən başlayaraq Azərbaycanda dəniz külək enerjisi və yaşıl hidrogen istehsalının texniki-iqtisadi əsaslandırması aparılır. Tədqiqatlar hələ də davam edir. Nəticələr bir-iki ay ərzində açıqlanacaq. Azərbaycan hökuməti gələcək addımlarla bağlı qərarlar verəcək. SOCAR ilə birgə işlər aparılır. Demək olar ki, iki ilə böyük məlumat bazası yaradılıb”, - deyə Sadıqov bildirib.

Qeyd edək ki, "Advisian" məsləhətçi şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyilə hazırladığı tədqiqat göstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları və hidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə geniş sistemlə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçün böyük potensiala malikdir.

Hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Böyük həcmdə bərpa olunan resurslara, eləcə də, "Şahdəniz" yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm "yaşıl", həm də "mavi" hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti