...

Vüsal Məsiyev yeni icraçı direktor təyin edilib

İqtisadiyyat Materials 5 İyul 2024 10:29 (UTC +04:00)
Vüsal Məsiyev yeni icraçı direktor təyin edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olunub.

Trend bu barədə Büroya istinadən məlumat verir.

Bildirilib ki, Himayəçilər Şurasının qərarı ilə İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişiklik edilib.

Vüsal Məsiyev Hamlet oğlu Büronun icraçı direktoru vəzifəsinə təyin olunub.

Vusal Məsiyev daha əvvəl İcbari Sığorta Bürosunun Baş İnformasiya Meneceri vəzifəsində çalışıb.

Qeyd edək ki, 2022-2024-cü illərdə DOST rəqəmsal innovasiyalar agentliyində direktor müavini vəzifəsində, 2021-2022-ci illərdə Dövlət Məşgulluq Xidmətində idarə heyətinin sədrinin müşaviri vəzifəsində və 2005-2019-cu illərdə Saybernet MMC-də Texniki direktor vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti