...

Ermənistan parlamenti növbədənkənar iclas keçirəcək

Dünya xəbərləri Materials 4 İyul 2024 18:47 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə təklif hökumət iclasında təsdiqlənib və parlamentə təqdim olunacaq.

Gündəliyə parlamentin yaz sessiyasında qəbul etməyi çatdırmadığı qanun layihələri daxil edilib. Bunların arasında "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsi də yer alır.

Bundan başqa, Ermənistan parlamentinin növbədənkənar iclasında "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik layihəsi də nəzərdən keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti