Bakı. Trend:
Şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, iyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılovun Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılaraq almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.